Yeni Zelandiya HƏMAS-ı terror təşkilatları siyahısına saldı


Yeni Zelandiya hakimiyyəti Fələstinin HƏMAS hərəkatının siyasi qanadını terror təşkilatları siyahısına əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş nazir Kristofer Lakson və Yeni Zelandiyanın xarici işlər naziri Uinston Petersin birgə bəyanatında deyilir.
Sənəddə qeyd edilir ki, Yeni Zelandiya HƏMAS-ın hərbi qanadını 2010-cu ildə terror təşkilatı siyahısına salıb, lakin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın israillilərə hücumundan sonra hərəkatın hərbi və siyasi qanadlarını artıq ayıra bilmir.
“Təşkilat bütövlükdə dəhşətli terror aktlarına görə məsuliyyət daşıyır”, - bəyanatda deyilir.
Qeyd edək ki, Yeni Zelandiya qanunlarına görə, bu ölkədə yerləşən terror təşkilatının hər hansı aktivləri dondurulur. Bu cür aktivlərlə hər hansı əməliyyatlar, habelə təşkilata hər hansı maddi dəstək cinayət məsuliyyəti hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top