“Qəzza əhalisinin dörddə biri aclıqdan ölmək üzrədir” – BMT


“Qəzza zolağının 570 mindən çox sakini aclıqdan bir addım uzaqlıqdadır, anklavın şimalında iki yaşınadək hər 6-cı uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir”.
Yeniavaz.com
xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəsmisi Rameş Racasinqxam bildirib.
“Qəzzada ən azı 576 min insan - əhalinin dörddə biri aclıqla üz-üzədir, Qəzza zolağının şimalında iki yaşa qədər olan altı uşaqdan biri kəskin qida çatışmazlığından əziyyət çəkir”, - Racasinqxam deyib.
Racasinqxam həmçinin qeyd edib ki, əgər anklavda vəziyyət dəyişməsə, Qəzzada kütləvi aclıq qaçılmaz olacaq.
Bundan əlavə, o, vurğulayıb ki, həddindən artıq sıxlıq və çətin sanitar şərait yoluxucu xəstəliklərin yayılmasına da şərait yarada bilər.
Qeyd edək ki, bundan əvvəl London Gigiyena və Tropik Tibb Məktəbinin və Cons Hopkins Universitetinin mütəxəssisləri bildirmişdilər ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında daha uzun və daha gərgin müharibə baş versə, yaxın altı ayda anklavda daha 85 min insan ölə bilər. Ən optimist proqnoza görə, əgər münaqişə tərəfləri Qəzza zolağında dərhal və davamlı atəşkəsə nail olsalar, həmçinin yoluxucu xəstəliklərin yayılmasını dayandırsalar, altı ay ərzində təxminən 6,5 min insan ölə bilər. Üstəlik, anklavda vəziyyət dəyişməsə, bu say 58 minə çata bilər. Vəba kimi yoluxucu xəstəliklərin yayılması nəticəsində isə ölənlərin sayı 66 minə çatma riski daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top