
Bakı şəhərində yerləşən 3 saylı (Yasamal rayonu) “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesablarında məlumat dərc olunub.
Bildirilib ki, vətəndaşlar qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
“Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz