İsrailin itkiləri artdı


İsrailin itkiləri 582 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında deyilir.
Bildirilib ki, çərşənbə axşamı Qəzza zolağının şimalında daha iki İsrail hərbçisi həlak olub. Qeyd olunur ki, eyni bölgədə daha 7 İsrail hərbçisi yaralanıb.
Xatırladaq ki, ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olması və mülki şəxsləri girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail isə Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklavda, həmçinin Livan və Suriyanın müəyyən bölgələrində cavab tədbirlərinə başlayıb.
Qeyd edək ki, İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

DİGƏR XƏBƏRLƏR

Top