Fransa Rusiya təyyarəsini Estoniya sərhədləri yaxınlığında müşayiət etdi


Fransa Aerokosmik Qüvvələrinin təyyarələri Rusiyanın İl-20 təyyarəsini Estoniya sərhədi yaxınlığında müşayiət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkə hesabında məlumat yayıb.
“”Mirage 2000-5” təyyarəsi tərəfindən Estoniya sahillərində Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin siqnalı ilə havaya qalxması və tutulması. Məqsəd: Baltikyanı müttəfiqlərimizin hava məkanını qorumaq", - məlumatda deyilir.
Bildirilir ki, öz təyyarələri olmayan Baltikyanı ölkələrin səmasında təhlükəsizliyi qorumaq NATO müttəfiqləri tərəfindən həyata keçirilir. Fransa ordusu hadisənin dəqiq nə vaxt baş verdiyini bildirmir.
Fransa Silahlı Qüvvələr Nazirliyinin saytında verilən açıqlamaya görə, dörd “Mirage 200-5” qırıcısı 30 noyabr 2023-cü ildən 2024-cü il martın 31-dək Litvanın Şaulyai aviabazasında yerləşdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top