“İmran Xan və həyat yoldaşı rüşvətxorluqda ittiham olunur” – “Reuters”

imran xan və həyat yoldaşına daha 7 il həbs cəzası verildi
Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi hökumət başçısı vəzifəsində çalışarkən rüşvət kimi torpaq almaqda ittiham olunurlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İttiham Xan və Bibi tərəfindən 2018-ci ildə “Al-Qadir Trust” qeyri-hökumət xeyriyyə təşkilatının yaradılması ilə bağlıdır. Müstəntiqlərin fikrincə, bu təşkilat inşaatçıdan rüşvət kimi torpaq almaq üçün istifadə olunub.
Xatırladaq ki, 71 yaşlı siyasətçi başqa cinayətlər törətməkdə şübhəli bilinərək 2023-cü ilin avqustundan həbsdədir. Bundan əvvəl Pakistan məhkəməsi İmran Xan və Buşra Bibi korrupsiya və xarici hədiyyələrin satışı işi üzrə 14 il həbs cəzasına məhkum etmişdi. Keçmiş baş nazir və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. 10 aprel 2022-ci ildə ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top