
Ötən ilin ilk 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına cəlb olunan xarici investisiyaların həcmi 4 milyard 372 milyon 230 min dollar olub.
Yeniavaz.com xəbər verir ki, eyni dövürdə Azərbaycanın xarici ölkələrin iqtisadiyyatına qoyduğu investisyalar 2 milyard 691 milyon 900 min dollar olub.
Azərbaycan ötən il ən çox Türkiyə iqtisadiyyatına investisiya qoyub. Ümumi investisyaların 65,4%-i və ya 1 milyard 760 milyon 223 min dolları Türkiyə iqtisadiyyatına yönəldilib. Türkiyə iqtisadiyyatına yatırılan investisya əsasən ötən ilin 3-cü rübündə baş tutub. Belə ki, ötən il Türkiyə iqtisadiyyatına qoyulan investisiyaların 97,5%-i və ya 1 milyard 716 milyon 641 min dolları iyul,avqust və sentyabr aylarının payına düşüb. Yerdə qalan 2,5% və ya 43,5 milyon dollar isə ilin ilk 6 ayında investisiya kimi Türkiyə iqtisadiyyatına yönəldilib.
Onu da bildirək ki, ötən ilin ilk 9 ayında Türkiyə iqtisadiyyatına qoyulan Azərbaycan kapitalının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 dəfə artıb.
Elnur Əli