“Rus sərhədçilərinin “Zvartnots” hava limanındakı fəaliyyəti dayandırılmalıdır” – Simonyan


“Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sərhəd xidmətinin əməkdaşları “Zvartnots” hava limanında fəaliyyətini dayandırmalıdır”.
Yeniavaz.com
Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
“Mən belə bir müzakirədə iştirak etməmişəm, amma hesab edirəm ki, onlar (Rusiya sərhədçiləri) oradan getsələr, düzgün olar. Onların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm”, - Simonyan qeyd edib.
Parlamentin spikeri bəyan edib ki, FTX əməkdaşlarının hərəkətləri nəticəsində respublikanın sərhədləri daha müdafi​əsiz olub.
Qeyd edək ki, “Zvartnots” Ermənistanın paytaxtı İrəvanda yerləşən beynəlxalq hava limanıdır.

DİGƏR XƏBƏRLƏR

Top