
İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrini bombalaması və atəşə tutması nəticəsində son 24 saat ərzində 100-ə yaxın insan həlak olub, 170-dən çox insan yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində 96 nəfər həlak olub, daha 172 nəfər yaralanıb”, - Qəzza Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Nazirlik həmçinin vurğulayıb ki, 2023-cü ilin oktyabrından bəri İsrail təcavüzü qurbanlarının ümumi sayı 29 min 878 nəfərə yüksəlib, daha 70 min 215 nəfər yaralanıb.
Qeyd olunub ki, ölənlərin bəzilərinin cəsədləri dağıntılar altında qalıb, həkimlər və xilasedicilər onlara hələ də çata bilmir.