MİT daha bir terror “lider”ini zərərsizləşdirdi


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində keçirdiyi növbəti əməliyyatda YPG terror təşkilatının qondarma liderlərindən Əminə Seyid Əhmədi zərərsizləşdirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, əvvəlcə 2011-ci ildə terror təşkilatına qoşulan və Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları planlaşdırdığı müəyyən edilən Əminə Seyid Əhmədə qarşı əməliyyat keçirmək qərara alınıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, əməliyyat zamanı “Azadi Derik” kod adlı Əminə Seyid Əhməd zərərsizləşdirilib.
Terror təşkilatında raketlərin tədarükünə və istifadəsinə məsul olan Əminə Seyid Əhmədin “Zeytun Budağı” əməliyyatı zonasında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları əmri verdiyi müəyyən edilib. Terrorçunun əmri Suriyanın Tel Rıfat rayonundan verdiyi bildirilib. Həmçinin onun Kilisdə mülki əhalini hədəf alan raket hücumları əmri verdiyi də müəyyən olunub.

DİGƏR XƏBƏRLƏR

Top