İsrailin basqınlarına görə İordan çayının qərbində 3 fələstinli ölüb


İsrailin İordan çayının qərb sahilində keçirdiyi əməliyyat zamanı 3 fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Tubas şəhərində keçirilən əməliyyat zamanı bir nəfər həlak olub. Agentlik yazır ki, İsrail əsgərləri Əl-Fara qaçqın düşərgəsində daha iki nəfəri güllələyiblər.
Qətərin “Əl-Cəzirə” telekanalı daha əvvəl bölgədə İsrail qüvvələri ilə fələstinli yaraqlılar arasında toqquşmaların olduğunu bildirmişdi. Əlavə təfərrüatlar barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top