Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqlədi


Macarıstanın Dövlət Assambleyası (Parlamenti) İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib.
Yeniavaz.com
xəbər verir ki, fevralın 26-da keçirilən iclasda 188 deputat bu qərarın lehinə, 6-sı əleyhinə səs verib.
Qeyd edək ki, Macarıstan, İsveçin bloka qoşulması üçün icazəsi lazım olan sonuncu NATO ölkəsi idi.
İndi rəsmi prosedurları başa vurduqdan sonra İsveç NATO-nun 31-ci üzvü olacaq.
Xatırladaq ki, İsveç NATO-ya üzv olmaq üçün 2022-ci ilin mayında, Rusiyanın Ukraynanı işğalından sonra müraciət edib. Alyansın üzvlüyünü təsdiqləməyən sonuncu ölkələrdən Türkiyə və Macarıstan olsa da, yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiyasına səs verib və yanvarın 25-də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənədi imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top