Su İdmanı Sarayı 250 ton dəsmal və xalatın yuyulmasına 177 min manat xərcləyəcək


Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Su İdmanı Sarayı” MMC tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 177 min manat olan tender müsabiqələrinin qalibi  fiziki şəxs Əliyev İlham Məmmədtağı oğlu olub.
Əliyev İlham Məmmədtağı oğlu “Su İdmanı Sarayı” MMC-nin sifarişi əsasında ümumi çəkisi 250 min kiloqram olan bədən dəsmalı, əl-üz dəsmalı, fitə, xalat və s. məhsulların yuyulmasını həyata keçirəcək.
Rəqəmlərdən də göründüyü kimi, 1 kq məhsulun yuyulması üçün “Su İdmanı Sarayı” MMC 71 qəpik xərcləyəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top