Putin də Ərdoğanı təbrik etdi


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Ərdoğanın administrasiyası məlumat yayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub. Söhbət zamanı Rusiya Prezidenti Ərdoğanı ad günü münasibətilə təbrik edib. Putin həmçinin, Türkiyə-Rusiya dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Ərdoğana təşəkkür edib”, - məlumatda bildirilib.
Qeyd edək ki, sonuncu dəfə liderlər 2023-cü ilin oktyabrında telefon danışığı aparıblar. Telefon danışığında əsasən Yaxın Şərq münaqişə zonasındakı vəziyyətə diqqət yetirilib.

DİGƏR XƏBƏRLƏR

Top