
Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanı dəstəkləyəcəyinə əmin edib və dünyada baş verən digər münaqişələri unutmamağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının iclasında danışıb.
“Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik”, - nazir bildirib.
O, çıxışı zamanı digər münaqişələrdən, xüsusən də Yaxın Şərqdə və Sudanda olan münaqişələrdən bəhs edib:
“Hər bir həyat eyni dərəcədə vacibdir, bəşəriyyət bölünməzdir. İndiki şəraitdə ən pis şey bir həyatı digərinə qarşı qoymaqdır”.
Tətbiqimizi yükləyə bilərsiniz