ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiya elan edib


ABŞ Prezidenti Co Bayden Ukrayna hadisələri və Aleksey Navalnının ölümü ilə əlaqədar ABŞ-nin Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
“Bu gün mən Ukraynadakı müharibəyə və Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiya elan edirəm. Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxslərə, eləcə də, Rusiyanın maliyyə sektoruna, müdafiə sənayesi bazasına, tədarük şəbəkələrinə və bir çox qitələrdə sanksiyalardan yayınanlara qarşıdır”, - Bayden bildirib.
“Biz həmçinin Rusiyanın döyüş maşınına gizli dəstək göstərən 100-ə yaxın təşkilata yeni ixrac məhdudiyyətləri tətbiq edirik. Biz Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görürük. Mən komandama, vətəndaş cəmiyyətinə, müstəqil mediaya və digər insanlara dəstəyi artırmağı tapşırmışam.”, - Bayden əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top