“Qarabağ”ın Avropadakı növbəti rəqibi bəlli oldu


“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, ölkə çempionu bu raundda “Bayer 04” (Almaniya) ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.
Xatırladaq ki, “Qarabağ” ötən gecə Avropa Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Braqa”nı qəbul edib. Gərgin keçən və əlavə vaxtın oynanıldığı oyunda “Köhlən atlar” məğlub olsa da, növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin digər cütləri isə belə olub:

 “Sparta Praq” (Çexiya) – “Liverpul” (İngiltərə)
“Marsel” (Fransa) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Brayton” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Reyncers” (Şotlandiya)
“Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə)
“Sportinq” (Portuqaliya) – “Atalanta” (İtaliya)
“Milan” (İtaliya) – “Slaviya” (Çexiya)

DİGƏR XƏBƏRLƏR

Top