Kremldən Ermənistanın KTMT-də iştirakının dondurulması məsələsinə reaksiya


İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına bildirib.
“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”.
Peskov qeyd edib ki, bu halda detalları başa düşmək çox vacibdir.
“Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, - o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan KTMT-də iştirakını dayandırıb.
Xatırladaq ki, son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşləri buraxıb. O cümlədən, Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib.

DİGƏR XƏBƏRLƏR

Top