
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə Ermənistandan təşkilata üzvlüyün dondurulması ilə bağlı hər hansı açıqlama daxil olmayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə KTMT Katibliyi məlumat yayıb.
“Bu günə qədər İrəvandan KTMT-yə bu ölkənin Təşkilatdakı iştirakının dondurulması ilə bağlı heç bir məlumat verilməyib. Görünür, söhbət Ermənistanın Təşkilatın son vaxtlar həyata keçirdiyi bir sıra tədbirlərdə iştirak etməməsindən gedir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bəyan etmişdi.