
“Ölkəmizə düşmən saydığım insanlara nifrət edirəm”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yerli kanallara müsahibəsində bildirib.
“Bu gün bu kateqoriya virtual deyil, qiymətləndirici deyil, təəssüf ki, obyektivdir. Dostlarımıza gəlincə, onlar çoxdur, müxtəlif ölkələrdə yaşayırlar, adi insanlardır, milyonlarla, yüz milyonlarladır, sadəcə sosial şəbəkələrə baxın. Bunlar Rusiyaya dost olan böyük dövlətlərin rəhbərləridir”, - Medvedev bildirib.
Keçmiş prezident qeyd edib ki, onların dostları anqlosakson dünyasının siyasi sinfinə aid olmayan hər kəsi əhatə edir:
“Bu, çox böyük sayda ölkədir, onların liderləri, adi insanları heç demirəm. Buna görə də burada hər şey sadədir”.