“WhatsApp”a yeni funksiyalar gəldi


“WhatsApp” messencerində mətnin formatlaşdırılması üçün yeni funksiyalar əlavə edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Verge” portalı məlumat yayıb.
Məlumata görə, artıq istifadəçilər mesajlarda mətni strukturlaşdıra, sitatları vurğulaya və digər mətn formatlaşdırma növlərindən istifadə edə biləcəklər.
Belə ki, artıq qalın (Mətn), kursiv (Mətn), üstü xətt (Mətn) və birboşluqlu şriftlə (_Mətn_) mətni vurğulamaq üçün yeni üsullar əlavə edilib. Artıq istifadəçilər markerlər (- Mətn) və nömrələmərlə (1. Mətn) siyahılar yarada biləcəklər.
Bundan əlavə, indi messencerdə sitat (> Mətn) seçmək və formatlaşdırmanı (Mətn) saxlayaraq kod fraqmentləri daxil etmək mümkündür.
Yeni funksiyalar artıq bütün “WhatsApp” istifadəçiləri üçün “Android”, iOS, “Mac”, eləcə də messencerin veb versiyasında aktivdir.

DİGƏR XƏBƏRLƏR

Top