
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin haqqında yenidən təhqiramiz ifadələr işlədib.
Yeniavaz.com xəbər verir ki, onun sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirib.
San-Fransiskoda xüsusi bir tədbirdə, seçki kampaniyası üçün vəsait yığımı çərçivəsində danışan Bayden Rusiya liderini təhqir edib, həmçinin onu “dəli” adlandırıb. O, bunu hipotetik nüvə təhlükəsi kontekstində deyib.
“Biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, - Bayden əlavə edib.
Qeyd edək ki, bu, Baydenin Rusiya Prezidentini təhqir etdiyi ilk hal deyil. Əvvəllər də o, Putini “diktator”, “quldur”, “qəssab”, həmçinin “müharibə cinayətkarı” adlandırıb. Putin isə Baydenin təhqirlərinə ona sağlamlıq arzulayaraq cavab verib.
“Bu təsadüfi bir hal deyil. Bunun psixoloji mənası çox dərindir: biz həmişə başqa bir insanda öz xüsusiyyətlərimizi görürük və onun bizimlə eyni olduğunu düşünürük” - deyə Putin əlavə edib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Putinə qarşı təhqirlərə münasibət bildirib. O, bəyanatında qeyd edib ki, Moskva ədəb qaydalarına hörmət edir və bəzi insanlarda açıq-aşkar demensiya əlamətlərinin olması barədə danışmır.
“Bu, mədəniyyət və təhsil məsələsidir”, - Medvedev yekunlaşdırıb.
Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin bəyanatlarının “çox pis” olduğunu və onun birmənalı olaraq Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəmədiyini vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz