Dani Alveş 4,5 il azadlıqdan məhrum edildi


İspaniya məhkəməsi “Barselona”nın və Braziliyanın sabiq futbolçusu Dani Alveşi 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
O, 30 dekabr 2022-ci ildə Barselonada baş verən hadisəyə görə, zorakılıq ittihamı ilə saxlanılıb. Proses zamanı idmançı girov hüququ olmadan həbs edilib.
Məlumatda, həmçinin Dani Alveşin hökmdən Məhkəmənin Apellyasiyaya Palatasına şikayət edə biləcəyi bildirilib.
Qeyd edək ki, Alveşin 40 yaşı var və 2022-ci ilin iyulundan Meksikanın “Pumas” klubunda çıxış edir. O, əvvəllər Braziliyanın “Baiya” və “San Paulu”, İtaliyanın “Yuventus”, Fransanın PSJ, İspaniyanın “Sevilya” və “Barselona” klublarında çıxış edib. Müdafiəçi 43 kubokla tarixin ən çox mükafat alan futbolçularından biridir.
Alveş altı dəfə İspaniya, iki dəfə Fransa, bir dəfə İtaliya çempionu olub, üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA kubokunun, üç dəfə UEFA Superkubokunun qalibi olub.
Braziliya millisinin üzvü kimi o, hər birində iki dəfə olmaqla Konfederasiyalar Kubokunu (2009, 2013) və Amerika Kubokunu (2007, 2019) qazanıb. Alveş həmçinin Olimpiya çempionu (2021) olub.

DİGƏR XƏBƏRLƏR

Top