
“Mercedes-Benz” elektrik avtomobilləri üzrə əvvəlki lider “Tesla”nı keçərək dünyanın ən bahalı avtomobil markaları reytinqində birinci yeri tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Brand Finance” konsaltinq şirkəti məlumat yayıb.
Məlumata görə, “Mercedes-Benz”in dəyəri 1% artaraq, 59,4 milyard dollar, “Tesla”nın dəyəri isə 12% azalaraq, 58,3 milyard dollar təşkil edib.
“Brand Finance” analitikləri bazar dəyişikliyini şirkətin qurucusu İlon Mask ətrafında baş verən qalmaqallarla əlaqələndirirlər. Onların fikrincə, Maskın açıqlamaları “Tesla”nın nüfuzuna mənfi təsir göstərir.
İki liderdən sonra ən bahalı avtomobil markaları “Toyota” (52,7 milyard dollar), “Porsche” (43,1 milyard dollar) və BMW (41 milyard dollar) seçilib.
Çin avtomobil markaları arasında ən bahalı marka isə elektrik avtomobil istehsalçısı BYD olub. Onun dəyəri 20% artaraq, 12,1 milyard dollara çatıb.
Qeyd edək ki, fevral ayında “Mercedes-Benz” potensial yanğın təhlükəsi ilə əlaqədar 250 min avtomobilini geri çağırıb. Çağırılma 2023-cü ildə istehsal edilən AMG GT, C-Class, CLE, E-Class, EQE, EQS, GLC, S-Class və SL modellərini əhatə edir.
Tətbiqimizi yükləyə bilərsiniz