
Dünyaca məşhur braziliyalı futbolçu Ronaldinyo (Ronaldo De Assis Moreyra) məşhur teleaparıcı Acun Ilıcalının Türkiyədə yayımlanan şou-əyləncə-yarış proqramı “Survivor All Star”da qonaq qismində çıxış edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Acun Ilıcalı verlişdə açıqlayıb.
Ilıcalı bildirib ki, Ronaldinyo hər komandanın tərkibində 15 dəqiqə çıxış edəcək:
“Bir neçə ildir ki, Ronaldinyo ilə görüşürük. Keçən ay ofisimizə gəlmişdi. Bir az söhbət etdik. O, gördüyümüz işləri izləyir. Ona təklif etdim ki, “Survivor”da ayaq voleybolu oynayaq. O, dərhal həvəsləndi. Dünyanın ən böyük futbolçularından biri olan Ronaldinyo sabah sizinlə olacaq”.