
Respublikaçılar Partiyasının prezidentliyə namizədi, sabiq ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə vitse-prezident postunu tuta biləcək altı namizədin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Siyahıya keçmiş Respublikaçılar Partiyasından prezidentliyə namizədlər Ron Desantis və Vivek Ramasvami, senator Tim Skott, Nümayəndələr Palatasının floridalı nümayəndəsi Bayron Donalds, Cənubi Dakota qubernatoru Kristi Noetom və Tulsi Qabbard daxildir.
Tramp Cənubi Karolinadakı ilkin seçkidən əvvəl onun öz əyalətində seçilməsi üçün “aqressiv kampaniya” aparan Tim Skottu xüsusilə tərifləyib.
“Mən onun kampaniyasına baxdım. O, özü haqqında danışmır. Ancaq o, Tramp haqqında danışır. ...Mən ona zəng etdim və dedim: “Tim, sən mənim üçün özümdən daha yaxşısan”, - Tramp bildirib.