
İsrail əsgərləri Qəzza zolağında “Sərhədsiz Həkimlər”in sığınacaqlarını atəşə tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə beynəlxalq humanitar təşkilatın “X”dəki səhifəsində məlumat verilib.
Məlumata görə, atəş nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
“İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində əməliyyat keçirərək, təşkilatın əməkdaşları və ailələrinin yerləşdiyi sığınacağı atəşə tutub. Hadisə yerinə gələn təcili yardım qrupları ən azı 2 ölü və 6 yaralı aşkar edib”, - məlumatda qeyd edilib.
Təşkilat həmçinin əməkdaşların ailə üzvlərinin də zərbə nəticəsində öldüyünü və yaralandığını bildirib.