
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə daha bir hərbçisini itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzza zolağının şimalında gedən döyüşlər zamanı 21 yaşlı çavuş həlak olub, daha 3 əsgər isə ağır yaralanıb.
Beləliklə, 2023-cü il oktyabrın 7-də münaqişənin qızışmasından indiyədək İsrail ordusunun ümumi itkiləri 576 nəfərə çatıb.
Qəzza zolağında 2023-cü ilin noyabrında başlayan quru əməliyyatı zamanı 237 İsrail hərbçisi həlak olub.