
Bu ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gələnlərin 27,5%-i Rusiya, 19,8%-i Türkiyə, 9,7%-i İran, 6,1%-i Hindistan, 4,9%-i Gürcüstan, 3,5%-i Səudiyyə Ərəbistanı, 2,9%-i Qazaxıstan, 2,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,5%-i Pakistan, 2,4%-i Küveyt, 2%-i Özbəkistan, 1,8%-i Oman, 1,5%-i Türkmənistan, 1,3%-i Ukrayna, 1%-i Belarus, 10,4%-i digər ölkələrin vətəndaşları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan 3,4 dəfə, Bəhreyndən 2,7 dəfə, Səudiyyə Ərəbistanından 2,7 dəfə, Hindistandan 2,5 dəfə, Omandan 2,4 dəfə, Özbəkistandan 2,4 dəfə, Tacikistandan 2,3 dəfə, Qazaxıstandan 2,3 dəfə, Filippindən 1,8 dəfə, İtaliyadan 1,7 dəfə, İspaniyadan 1,7 dəfə, Türkmənistandan 1,7 dəfə, Küveytdən 1,6 dəfə, Cənubi Koreyadan 1,6 dəfə, İordaniyadan 1,6 dəfə, İrandan 45,8%, Polşadan 33,7%, Yəməndən 32,2%, Moldovadan 31,5%, Türkiyədən 31%, Pakistandan 28,3%, Qətərdən 26,8%, Gürcüstandan 24,1%, Fransadan 22,4%, Ukraynadan 21,4%, Birləşmiş Ərəb Əmirliklərindən 20,4 %, Belarusdan 18,9%, ABŞ-dən 18,7%, Misirdən 15,2%, Rusiya Federasiyasından 13,4%, Almaniyadan gələnlərin sayı isə 13,3% artıb.
Ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 67,5%-i hava, 31,1%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
2023-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 35,1% artaraq 147,7 min nəfər olub. Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 37%, Gürcüstana gedənlərin sayı 36,9%, Türkiyəyə gedənlərin sayı 29,3%, İrana gedənlərin sayı 23% artıb. Xaricə səfər edən ölkə vətəndaşlarının 36,6%-i Türkiyəyə, 22%-i Rusiyaya, 10,6%-i Gürcüstana, 8,2%-i İrana, 22,6%-i digər ölkələrə gediblər.
Bu ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,1%-i hava, 28,8%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.
Elnur Əli