Kanada Ukraynaya 800-dən çox PUA verəcək


Kanada Ukrayna ordusuna 800-dən çox “SkyRanger R70” çoxməqsədli pilotsuz uçuş aparatı (PUA) verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kanadanın Milli Müdafiə naziri Uilyam Bleyerin bəyanatında qeyd edilib.
Yardım paketinin dəyəri 95 milyon Kanada dolları (70 milyon ABŞ dolları) qiymətləndirilir.
Məlumata görə, PUA-lar döyüş sursatı da daxil olmaqla 3,5 kq-a qədər faydalı yük daşıya bilir. Ottavanın PUA-ları Kiyevə yazda göndərməyə başlayacağı gözlənilir.
Qeyd edək ki, keçən həftə Bleyer Ottavanın Ukraynanı F-16 qırıcıları ilə təmin etmək üçün 60 milyon Kanada dolları (44 milyon ABŞ dolları) ayıracağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top