
Sürücünün birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsini əks etdirən videogörüntü yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrları Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, videogörüntü Bakı-Qazax avtomobil yolunda çəkilib:
“Araşdırma zamanı “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücünün Ucar rayon sakini Qarakişi Kərimov olduğu müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məlumat üçün qeyd edək ki, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb”, - məlumatda deyilir.