Assancla bağlı sonuncu məhkəmə prosesi başlayır – ABŞ-yə təhvil verilə bilər


Hərbi sirləri yaymaqda ittiham olunan “WikiLeaks”in qurucusu Culian Assancın ABŞ-yə ekstradisiyası ilə bağlı sonuncu apellyasiya şikayətinə bu gün baxılacaq.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, proses Londonda Ali Məhkəmədə baş tutacaq.
Bildirilir ki, şikayət təmin olunarsa, o, həftələr ərzində ABŞ-yə təhvil verilə bilər.
Tərəfdarları Assancın ABŞ-nin qanunsuz əməllərini ifşa etdiyini bildirirlər. Lakin ABŞ onun ölkə təhlükəsizliyini riskə atdığını bəyan edir.
Əslən avstraliyalı olan Assancın hüquqi mübarizəsi 2010-cu ildə “Wikileaks”in İraq və Əfqanıstandakı müharibələrə aid çoxlu sayda məxfi hərbi sənədləri, o cümlədən ABŞ helikopterinin Bağdadda mülki insanları vurduğunu göstərən kadrları yayması ilə başlayıb.
O, 2019-cu ildə İngiltərə polisi tərəfindən həbs olunana kimi 7 il Ekvadorun Londondakı səfirliyinə sığınıb. ABŞ həmin il onun Böyük Britaniyadan ekstradisiyasını tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top