
İtaliyanın son çempionu “Napoli”nin prezidenti Aurelio De Laurentis baş məşqçi Valter Massarrini istefaya göndərmək qərarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gianluca Di Marzio” portalı məlumat yayıb.
Məlunmata görə, Neapolitan klubunun sahibi Slovakiya millisinin baş məşqçisi Françesko Kalsonanın yeni baş məşqçsi olacağını bildirib.
“Massarri “Napoli”nin dostudur, bu ağrılı vidadır, dostla ayrılmaq həmişə çətindir. Nəzərə almaq lazımdır ki, o, çətin anlarda klubun köməyinə gəldi, amma bununla belə, azarkeşlərin daha çox şeyə ehtiyacı var. İndi Sarri və Spaletti ilə işləyən və futbolçuların 80%-ni tanıyan Kalsonaya baxaq. Çətinlik yaratmadan ona kömək edək. Çünki “Barselona” ilə oyuna hazırlaşmaq çətin olacaq”, - De Laurentis deyib.
Qeyd edək ki, “Napoli” - “Barselona” matçı fevralın 21-də Neapolda, Dieqo Maradona stadionunda keçiriləcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 24:00-da səslənəcək.
Tətbiqimizi yükləyə bilərsiniz