
Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
“Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir”, - o öz sosial şəbəkə hesabında qeyd edib.
***09:54
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, hüquq-mühafizə orqanlarında iş aparılır:
“Ailələr nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin adı açıqlanmayan XI sinif şagirdinin yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Daxili İşlər Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı məlumat yayıb.