İsrail Braziliya Prezidentini “persona non-qrata” elan etdi


İsrailin xarici işlər naziri İsrael Kats Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın üzr istəyənə və İsraili Hitler Almaniyası ilə müqayisə etməkdən imtina edənə qədər İsraildə “persona non qrata” elan edildiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail XİN başçısı öz “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu səhər mən Braziliyanın İsraildəki səfirini Yad Vaşem Holokost memorial mərkəzinə - nasistlərin və Hitlerin yəhudilərə, o cümlədən ailə üzvlərimə etdiklərinə şahidlik edən yerə çağırdım. Biz bağışlamayacağıq və biz unutmayacağıq. Mən öz adımdan və İsrail vətəndaşları adından Prezident Lulaya məlumat verdim ki, o, üzr istəyənə və sözünü geri götürənə qədər İsraildə “persona non qrata”dır”, - Kats bildirib. 
“Braziliya Prezidentini İsrailin HƏMAS-a qarşı ədalətli müharibəsi ilə 6 milyon yəhudini məhv edən Hitler və nasistlərin hərəkətləri arasında etdiyi müqayisə Holokost qurbanlarının xatirəsini ləkələyən ciddi antisemitizm hücumudur”, - deyə İsrail XİN rəhbəri əlavə edib. 
Qeyd edək ki, Braziliya Prezidenti fevralın 18-də İsrailin Qəzza zolağını bombalaması nəticəsində dinc əhalinin qətliamının təbiətcə Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə oluna biləcəyini bildirmişdi. 
Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu da həmin gün bəyanat verərək, Braziliya Prezidentinin açıqlamalarının utanc verici olduğuna işarə etmiş, “İsrailin hərəkətlərini Holokost və Hitlerlə müqayisə etmək qırmızı xətti keçmək deməkdir”, - demişdi.

DİGƏR XƏBƏRLƏR

Top