
“Moskva və İrəvanın Ukrayna ilə bağlı mövqeləri diametral olaraq fərqlidir, Rusiya bunun doğru olduğunu israrla izah etməyə davam edəcək”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Ukrayna məsələsində Ermənistanın Rusiyanın müttəfiqi olmadığı barədə bəyanatını şərh edərkən bildirib.
“Həqiqətən, bizim Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu, sirr deyil”, - Peskov bildirib.
“Ona görə də, bu, bizim erməni dostlarımızın məlum mövqeyidir. Biz bununla razılaşmırıq və israrla haqlı olduğumuzu izah etməyə davam edəcəyik”, - Kreml nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə Paşinyan bir daha bəyan edib ki, İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil. Ermənistan hökumətinin başçısı xatırladıb ki, Alma-Ata Bəyannaməsi (1991-ci il) təkcə Ermənistana deyil, hamıya şamil edilir, çünki o, keçmiş Sovet İttifaqı respublikaları, o cümlədən Rusiya və Ukrayna tərəfindən bir-birinin sərhədlərini tanımaqla imzalanıb.
Tətbiqimizi yükləyə bilərsiniz