Əfqanıstanda torpaq sürüşməsi – Ölənlər var


Əfqanıstanın şərqindəki Nuristan əyalətində torpaq sürüşməsi baş verib.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əfqanıstanın “Etilaatroz” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 19-na keçən gecə baş verib və azı 25 nəfər ölüb.
Ehtimallara görə, sürüşməyə səbəb uzun müddət yağmağa davam edən qar olub.
Nəşrin yerli mənbəyə istinadən verdiyi məlumata görə, 25-ə yaxın ev dağılıb. Dağıntılar altından əksəriyyəti qadın və uşaq olan 25 yerli sakinin meyiti çıxarılıb.
Axtarış-xilasetmə işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top