İsrail ordusunun itkiləri 574 nəfərə çatdı


Qəzza zolağında münaqişənin şiddətlənməsindən bəri İsrail Müdafiə Qüvvələrinin itkiləri 574 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında deyilir.
Son məlumatlara görə, daha bir İsrail hərbçisi bu gün səhər saatlarında Qəzza zolağının cənubunda HƏMAS hərəkatı ilə döyüşlərdə həlak olub.
Beləliklə, anklavda eskalasiya başlayandan bəri ölən İsrail hərbçilərinin sayı 574, quru əməliyyatı başlayandan bəri ölən İsrail hərbçilərinin sayı isə 235 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top