Rusiyanın 18-ci Ordusunun komandir müavini öldü


Yaralanaraq xəstəxanaya yerləşdirilən Rusiya Federasiyasının 18-ci Ordu komandanının müavini, polkovnik Maqomedali Maqomedjanov ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dağıstan İctimai Palatası məlumat yayıb.
“Qarovul polkovniki, Şimal Donanmasının 61-ci ayrı Kirkenes Qırmızı Bayraqlı Dəniz Briqadasının komandiri, Dağıstanın Rutul rayonunun Xlut kəndindən olan Maqomedali Maqomedjanov keçən çərşənbə (14 fevral) Sevastopol şəhərindəki xəstəxanada, döyüşlər zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. O, 18-ci Ordu komandirinin müavini vəzifəsində çalışıb”, – Palatanın Teleqram kanalında yaydığı məlumatda deyilir.
Onun Ukraynda gedən döyüşlərdə dörd fərqli əməliyyatda iştirak etdiyi qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top