
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətindəki Avdeyevka ərazisini bütünlüklə nəzarətə götürüb.
Yeniavaz.com xəbər verir ki, yerli teleqram kanalları Rusiya hərbçilərinin Avdeyevkanın müxtəlif yerlərində, o cümlədən Avdeevkanın qərb kənarındakı Mədəniyyət və Texnologiya Sarayının binasında foto və videolarını dərc edib.
Ukraynanın OSINT layihəsi “DeepState” xəritəsini yeniləyərək Avdeyevkanın rus qoşunları tərəfindən işğal edildiyini qeyd edib.
Ukraynanın Tavriya Silahlı Qüvvələri qrupunun komandiri Aleksandr Tarnavski bildirib ki, qoşunların çıxarılması əməliyyatının son mərhələsində müəyyən sayda Ukrayna hərbçisi əsir götürülüb.