Mask ABŞ hakimiyyətini senzurada ittiham etdi


“Amerika vətəndaşları ABŞ-də hökumət senzurasının nə qədər güclü olduğunu uzaqdan belə başa düşmürlər”.
Yeniavaz.com
xəbər verir ki, bu fikri cümə günü amerikalı sahibkar İlon Mask öz “X” sosial şəbəkə hesabında bildirib.
“Cəmiyyət hələ də dövlət-sənaye kompleksinin senzura gücünün zərrəsini belə dərk etmir. Proqnozlaşdırıldığı kimi, bu platformada (“X” sosial şəbəkəsində) senzura ləğv edilən kimi mən və şirkətlərim davamlı hücumlara məruz qalmağa başladı. Görəsən, onlar nəni dayandırmaq üçün nə qədər irəli gedəcəklər?” – Mask qeyd edib.
Qeyd edək ki, Mask bu fikirləri amerikalı sahibkar Devid Saksın postunu şərh edərkən deyib. Belə ki, Saks postunda bu ölkədə söz azadlığı və siyasi təqiblərdən azad olduğu üçün ABŞ-də yaşamaqdan şad olduğunu yazmış, ancaq demokratların hər gün bu hüquqları pozmağa çalışdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top