
Rusiya Ədliyyə Nazirliyi iş adamı Oleq Tinkov və aktyor Nikita Kukuşkini xarici agentlərin reyestrinə daxil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə idarənin saytında məlumat paylaşılıb.
“N.A.Kukuşkin Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb, xarici agentin təqdim etdiyi informasiya platformasında respondent kimi iştirak edib. O.Yu.Tinkov bir qrup şəxs üçün xarici agentlərin mesajlarının və materiallarının yaradılmasında iştirak edib, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasətlər haqqında yalan məlumatlar yayıb. O, Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Kukuşkin və Tinkov Rusiya Federasiyasından kənarda yaşayırlar.
Tətbiqimizi yükləyə bilərsiniz