Prezident ilə Türkiyənin xarici işlər nazirinin görüşü oldu


Fevralın 16-da Münxendə Prezident İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub.
Yeniavaz.com
xəbər verir ki, Hakan Fidan dövlət başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulanıb, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top