Navalnı: "Əgər bu baş veribsə, demək biz inanılmaz güclüyük” – Video


Rusiya müxalifətinin lideri olan Aleksey Navalnının Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında öldüyü barədə məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bundan sonra onun bir-neçə il öncə dedikləri gündəmə gəlib.
Belə ki, 2021-ci ildə Rusiyaya getməzdən əvvəl müxalifətçi kanadalı rejissor Daniel Rocerin “Navalnı” sənədli filminin çəkilişlərində iştirak edib.
Filmin son epizodunda rejissor Rusiya hakimiyyətinin onu həbsə atacağı və ya öldürəcəyi təqdirdə siyasətçidən mesaj istəyib. Buna cavab olaraq Navalnı rusları təslim olmamağa çağırıb:
“— Aleksey, əgər səni həbs edib zindana atsalar və ya ağlasığmaz bir hadisə baş versə və öldürülsən, rus xalqına nə mesajı verəcəksən?
— Öldürüləcəyim təqdirdə mesajım çox sadədir: təslim olmayın.
— Zəhmət olmazsa, bu suala rusca cavab ver.
— Burada bir şey aydındır: təslim olmayın. Etməyin, təslim olmayın. Əgər bu [ölüm] baş veribsə, deməli, biz bu anda inanılmaz dərəcədə güclüyük ki, onlar məni öldürmək qərarına gəliblər. Bu gücdən istifadə etməliyik: təslim olmayın, unutmayın ki, biz bu pis adamların yumruğu altında olan nəhəng bir qüvvəyik, biz həqiqətən nə qədər güclü olduğumuzu dərk edə bilmirik. Şərin qələbə çalması üçün lazım olan tək şey yaxşı insanların hərəkətsizliyidir. Ona görə də sakit qalmağa ehtiyac yoxdur”.
Qeyd edək ki, 2023-cü ildə film “Ən Yaxşı Sənədli Film” kateqoriyasında “Oskar” alıb.

DİGƏR XƏBƏRLƏR

Top