Türkiyə XİN-dən AŞPA-ya Azərbaycanla bağlı çağırış


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi ilə bağlı qərarına münasibət bildirib.
Yeniavaz.com
qurumun rəsmi saytına istinadla xəbər verir ki, Türkiyə XİN-in bununla bağlı yaydığı bəyanatda Rəsmi Ankaranın AŞPA-nın bu qərarından təəssüfləndiyi qeyd olunur.
Qedy edilib ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir.
“Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir”, - bəyanatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top