
“İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasının ilk simptomları adi qripin simptomlarına bənzəyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə news.ru-ya müsahibəsində ginekoloq Yelena Bliznyuk bildirib.
Bliznyukun sözlərinə görə, İİV-in orqanizmə daxil olmasının unikal əlamətləri yoxdur:
“Boğaz qıcıqlanması və ya ağrısı, yüngül öskürək, oynaqlarda və əzələlərdə ağrı. Üşümə və qızdırma hissi yaranır - temperatur 38-39 dərəcəyə qədər yüksələ bilər”.
Bundan əlavə, həkim qeyd edib ki, İİV-ə yoluxmuş insan artan yorğunluq hiss etməyə başlayır, iş üçün kifayət qədər enerjisi olmur və yatmaq istəyir:
“Həmçinin, İİV zamanı limfa düyünləri, xüsusən də boyunda olanlar böyüyür və dəridə səpgilər görünə bilər - allergik kiçik qırmızı səpgilərə bənzər. Qripə bənzər vəziyyət təxminən iki həftə davam edir, bundan sonra xəstəlik asemptomatik olur”.
Tətbiqimizi yükləyə bilərsiniz