
FİFA milli komandaların fevral ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com qurumun rəsmi saytına istinadla xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası 1174,22 xalla 113-cü pilləyə yüksəlib.
Reytinq cədvəlində Azərbaycandan əvvəlki komanda Konqo (1179,8), sonrakı komanda KXDR-dir (1168,12).
İlk onluğa isə Argentina (1855,2), Fransa (1845,44), İngiltərə (1800,05), Belçika (1798,46), Braziliya (1784,09), Hollandiya (1745,48), Portuqaliya (1745,06), İspaniya (1732), İtaliya (1718,82) və Xorvatiya (1717,57) komandaları daxil olub.
Yenilənmiş reytinqdə ən böyük irəliləyişi Anqola komandası göstərib. O, 24 pillə irəliləyərək 117-ci yerdən 93-cü yerə yüksəlib. Ən pis göstərici Hindistan və Qvineya-Bisau milli komandalarında olub. Onların hər ikisi 15 mövqe itirərək, müvafiq olaraq 117 və 118-ci yerləri tutublar.