
Mərmərə dənizində 69 metr uzunluğundakı yük gəmisi batıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, hadisə İmralı adasının cənub-qərbində baş verib.
Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi (KEGM) xilasetmə əməliyyatının başladığını bəyan edib.
Bildirilib ki, Türkiyə vətəndaşı olduğu düşünülən 6 nəfərlik ekipajın xilas edilməsi üçün işlər intensiv şəkildə davam edir.
“Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus “KEGM-6” və “KİYEM-4” sürətli xilasetmə katerləri 69 metr uzunluğundakı “Batuhan A” adlı yük gəmisinin batması ilə əlaqədar dərhal hadisə yerinə – Mərmərə dənizində İmralı adasının cənub-qərbinə cəlb olunub”, - İdarənin məlumatında deyilir.