Ukrayna bu dəfə Rusiyada Kursk neft bazasını vurdu


Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Rusiyanın Kursk vilayətinin Kursk rayonunda neft bazasına hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində neft bazasında yanğın başlayıb.  
“Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib”, - məlumatda qeyd edilib.
Qubernator hazırda bütün xüsusi xidmət orqanlarının hadisə yerində işlədiyini bildirib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top