
“Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə qoşulması ilə bağlı müvafiq təminat alacağını gözləyir”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz İrəvandakı tərəfdaşlarımızdan müvafiq ikitərəfli təminat almağı planlaşdırırıq və gözləyirik”, - Zaxarova bildirib.
Diplomat vurğulayıb ki, erməni tərəfinin bu qərarı ikitərəfli münasibətlərə yaxşı təsir göstərmir, İrəvanı bir tərəfdən Qərbin BCM çərçivəsində diktə etdiyi öhdəliklər və Rusiya ilə siyasi dialoq arasında seçim etməyə vadar edir.
Xatırladaq ki, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın “əhalinin qeyri-qanuni deportasiyasından ibarət” hərbi cinayətlərdə iştirakda ittiham olunaraq həbsinə order verib.